“Barselona”nı “Valensiya” ilə oyuna kim çıxaracaq?

La Liqanın 24-cü turu çərçivəsində “Valensiya” ilə matçda “Barselona”nı baş məşqçi Xavinin qardaşı və köməkçisi Oskar Hernandes idarə edəcək.

İspaniyalı mütəxəssis İspaniya çempionatının 23-cü turunun “Almeriya” ilə oyununda (0:1) aldığı cəzanı çəkir.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, Xavi matçdan əvvəl və sonra “Barselona”nın paltardəyişmə otağında ola biləcək və matçın başlamasına bir neçə dəqiqə qalana qədər orada olacaq. Daha sonra komandanı onun qardaşı idarə edəcək.

“Barselona” ilə “Valensiya”nın görüşü bu gün keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button