“Barselona”nı həmişəlik tərk etmir

“Barselona”nın yarımmüdafiəçisi Serxio Buskets sosial şəbəkə hesabında paylaşım edib.

Komanda.az xəbər verir ki, o, Kataloniya təmsilçisini həmişəlik tərk etmədiyini deyib:

“Mən vidalaşmıram. Sadəcə “görüşərik” deyirəm”.

“Barselona” klubu artıq mövsümün sonunda Busketslə yollarını ayıracağını açıqlayıb. Kataloniya təmsilçisi bu barədə rəsmi “tvitter” hesabında paylaşım edib.

2008-ci ildən əsas komandada çıxış edən Buskets 721 matçda iştirak edib, 18 qol və 45 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button