“Barselona”lının yubiley matçı
“Barselona”nın La Liqanın 20-ci turunda “Leqanes”i 3:1 hesabıyla məğlub etdiyi matç, Kataloniya təmsilçisinin qolkiperi Mark-Andre ter Ştegen üçün əlamətdar olub.
Komanda.az “Opta” saytına istinadən xəbər verir ki, sözügedən qarşılaşmada “çərçivə”ni qoruyan alman qapıçı, “Barselona”da 100-cü matçına çıxıb.
Mark-Andre ter Ştegen həm də, La Liqada 100 oyun keçirən ilk alman qolkiper olub. 26 yaşlı oyunçu bu matçlarda qapısında 89 top görüb, 42 oyunda isə “çərçivə”ni toxunulmaz saxlayıb.
Ter Ştegen 2014-cü ildən “Barselona”nın şərəfini qoruyur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin