“Barselona” rəsmisindən Messi ilə bağlı açıqlama: “Ayrılmaq istəsə…”
“Barselona”nın idarə heyətinin üzvü Xavier Bordas komandadakı gələcəyi müzakirə edilən Lionel Messi ilə bağlı açıqlama verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, klub rəsmisi, argentinalı hücumçunun ayrılmayacağına ümid etdiyini bildirib:
“Messinin komandadan ayrılmaq istəməyəcəyinə ümid edirik. Ayrılmaq istəsə, onu getməməyə razı salmağa çalışacağıq. Amma buna ehtiyac olmayacağına əminəm”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin