“Barselona”dan Frenki de Yonq açıqlaması
“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonqun xidmətindən məhrum olduğunu xəbər vermişdik.
Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi zədə səbəbindən İspaniya La Liqasının 30-cu turunda “Sevilya” ilə qarşılaşmanı da buraxmaq məcburiyyətində qalan gənc futbolçu ilə bağlı yeni açıqlama yayıb.
23 yaşlı futbolçu hələ bir müddət komandasına kömək edə bilməyəcək. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı isə dəqiq bilinmir. Klubun yaydığı məlumata görə, bu, futbolçunun müalicəsinin gedişatından asılı olacaq.
Kataloniya təmsilçisindəki ilk mövsümünü keçirən De Yonq bu komandada 38 oyuna çıxıb, 2 qola imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin