“Barselona”dan ayrılan futbolçu rəsmən “Sevilya”da!
“Barselona”dan ayrılan xorvat yarımmüdafiəçi İvan Rakitiçin “Sevilya”ya transferi rəsmiləşib.
Komanda.az xəbər verir ki, bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb.
Tərəflər 2+2 illik müqaviləyə imza atıblar. “Sevilya” bu keçid üçün “Barselona”ya 1,5 milyon avro təzminat ödəyib. Gələcəkdə Əndəlus təmsilçisi 9 milyon avro bonus da ödəməli olacaq.
Qeyd edək ki, 32 yaşlı Rakitiç 2011-2014-cü illərdə də “Sevilya”da çıxış edib. Xorvatiya yığmasının liderlərindən biri olan futbolçu son altı ildə “Barselona”nın uğurları üçün çalışırdı. O, Kataloniya təmsilçisində 310 oyuna çıxıb, 36 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin