“Neymar Messiyə çox yaxın idi”

“Barselona”nın və Xorvatiya yığmasının sabiq yarımmüdafiəçisi İvan Rakitiç Kataloniya klubunda birlikdə çıxış etdiyi Neymar, Lionel Messi və Luis Suares üçlüyündən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:

“Bu, tam dəlilik idi. Onları məşqdə bir yerə yığmaq mümkün deyildi, bunun mənası yox idi. Xüsusilə, “Barselona”da PSJ-də oynadığı ilə müqayisədə tamamilə fərqli bir Neymar gördük. O, Messiyə çox yaxın idi və onları izləmək inanılmaz idi. Həm də, öndə hər yerdən qol vuran bir oğlan (Suares) var idi. Əla hücum üçlüyü”.

Rakitiç iyul ayında futbolçu karyerasını bitirdiyini rəsmən elan edib.

Neymar hazırda “Santos”da, Messi və Suares isə “İnter Mayami”də çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button