Alveşin cəzası məlum oldu

“Barselona”da La Liqanın 23-cü turunun “Atletiko” ilə matçında (4:2) qırmızı vərəqə alan Dani Alveşin cəzası məlum olub.

Komanda.az “sport.es” saytına istinadən xəbər verir ki, kobud oyuna görə meydandan qovulan braziliyalı müdafiəçi 2 oyunluq diskvalifikasiya olunub.

Alveş La Liqada “Espanyol” (13 fevral) və “Valensiya” (20 fevral) ilə matçları buraxacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button