“Barselona”da cərimə zərbəsi “kabus”u yaşanır
“Barselona”nın futbolçuları komandanın keçmiş hücumçusu Lionel Messinin sonuncu uğurlu cəhdindən sonra 41 cərimə zərbəsi yerinə yetiriblər, lakin heç vaxt qol vurmayıblar.
Komanda.az xəbər verir ki, bu barədə “Squawka Football” məlumat yayıb.
Mənbənin hesablamalarına görə, Messinin son uğurlu cəhdindən sonra cərimə zərbəsi nöqtəsinə “Barsa”nın 11 oyunçusu yaxınlaşıb. Bunlar Rafinya (12), Robert Levandovski (6), Memfis Depay (6), Ansu Fati (4), Ferran Torres (4), Lionel Messi (3), Filip Koutinyo (2), İlkay Gündoğan, Jordi Alba, Osman Dembele və Jerard Pikedir.
“Barselona” ötən mövsüm 88 xal toplayaraq İspaniya çempionu olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin