
“Barselona”da baş verən hər şeydən məmnunam”
PSJ-nin hücumçusu Osman Dembele “Barselona”da çıxış etdiyi vaxtlarda qarşılaşdığı çətinliklərdən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, zədələrlə bağlı bəxtinin gətirmədiyini söyləyib:
“Cəmi 18 aylıq peşəkar futboldan sonra kluba gəldiyimi, 6 ay “Renn”də və 1 il “Borussiya”da (Dortmund) qaldığımı nəzərə alsaq… 20 yaşında “Barselona”dakı kimi paltardəyişmə otağında ulduzlarla, birlikdə oynamaq arzusunda olduğum bütün oyunçularla birlikdə olmaq… Çox gözəl idi. Bu və ya digər şəkildə uyğunlaşa bilirsən.
Üç-dörd il idi ki, zədələrlə bağlı bəxtim gətirmədi. Oynamağı bacardığım zaman uyğunlaşmalı oldum. Bacarmayanda güclü qalmalı oldum. Amma mən sevdiyim işlə məşğul idim və xəyallarımın klubu olan “Barselona”da idim. Bu, asan deyildi, amma üç-dörd ildən sonra işlər daha da yaxşılaşdı.
“Barselona”da baş verən hər şeydən məmnunam, həm meydanda, həm də ondan kənarda bir insan kimi böyüməyim orda oldu. Mən “Barselona”da hələ də əlaqə saxladığım çoxlu dostlar qazandım. Ona görə də, bu, mənim üçün xüsusi bir vaxt və hər şeydən əvvəl öyrənmə dövrü idi”.
28 yaşlı Dembele 2017-2023-cü illərdə Kataloniya klubunda çıxış edib.
Bizi Facebook-da izləyin



