Avropa Liqası üçün sifariş edilməyən Dani Alveşdən açıqlama
“Barselona”da Avropa Liqası matçları üçün UEFA-ya sifariş edilməyən Dani Alveş açıqlama verib.
Komanda.az “Diario Sport”a istinadən xəbər verir ki, braziliyalı müdafiəçi, bu qərarı normal qarşıladığını deyib:
“Baş məşqçimiz Xavi nə düşündüyümü yaxşı bilir. Hər zaman klubuma kömək etmək niyyətindəyəm. Klubun üzvüyük və qərar verilib. Normal qarşılayıram. Bura komandama kömək etməyə gəlmişəm və hər cür rəqabətə hazıram.
Düzdür, Avropa Liqasında iştirak etmək istərdim. Lakin 3 yer üçün 4 namizəd var idi. Qərara görə komandada atmosferi pozan deyiləm. İşimi görməyə və komandama kömək etməyə davam edəcəm”.
“Barselona” Avropa Liqası üçün yeni transferlərdən Ferran Torres, Pyer-Emerik Obameyanq və Adama Traoreni sifariş edib.
Kataloniya təmsilçisi Avroliqanın pley-off mərhələsində “Napoli” ilə qarşılaşacaq.
Bizi Facebook-da izləyin