“Barselona” ərəblərin təklifindən narazı qalıb
“Barselona” Səudiyyə Ərəbistanından braziliyalı yarımmüdafiəçi Rafinya üçün edilən təklifdən narazı qalıb.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Kataloniya klubu Rafinyanı 65 milyon avroya satmaq istəmir. “Barsa” təxminən 90 milyon avro ödənilməsi şərti ilə futbolçunun satışını müzakirə etməyə hazırdır.
“Transfermakt” portalı oyunçunu 50 milyon avro qiymətləndirir.
Rafinya ilə “Barselona” arasındakı müqavilə 2027-ci ilin yayında başa çatacaq.
Futbolçu ötən mövsüm “Barsa”nın heyətində 37 matçda iştirak edib, 10 qol vurub, 13 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin