“Barselona” yenə hollandların qapısını döyəcək
“Barselona” heyətini yeni futbolçuyla gücləndirmək niyyətindədir.
Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi “Ayaks”ın müdafiəçisi Matteys de Liqti transfer etmək istəyir. Bu barədə “Barselona”nın prezidenti Xosep Maria Bartomeu İspaniya mətbuatına açıqlamasında deyib.
Bartemou 19 yaşlı oyunçuyla maraqlandıqlarını və mart-aprel ayında klubuyla danışıqlara başlayacaqlarını bildirib.
“Barselona” bir müddət əvvəl “Ayaks”dan Frenki de Yonqu heyətinə qatmışdı.
Matteys de Liqtlə “Barselona”yla yanaşı, “Yuventus”da maraqlanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin