“Barselona” Yamalla bağlı qərar verib
“Barselona” klubu yayda bir neçə futbolçu ilə yollarını ayrılacaq.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Kataloniya klubu 16 yaşlı futbolçusu Lamin Yamalı saxlamağı planlaşdırır. Yamalın klubla müqaviləsi 2026-cı ilə qədərdir və onunla anlaşmada 1 milyard avroluq sərbəst buraxılma maddəsi var.
Artıq “Barselona” rəhbərliyi futbolçunun agenti Jorje Mendeşlə müqavilə müddətini 2030-cu ilə qədər artırmaqla bağlı razılığa gəlib. Yamal 2025-ci ilin iyulunda, 18 yaşı tamam olanda belə müqavilə bağlaya biləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin