Yamal üçün mühafizə xidməti tutulub
Lamin Yamal AÇ-2024-dən sonra ulduz statusu qazanıb. İspaniyalı yarımmüdafiəçi turnirdə finala qədər cəmi 17 yaşı olmasına baxmayaraq, millinin start heyətində çıxış edirdi.
Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, “Barselona” Yamalın təhlükəsizliyini düşünüb və onun üçün mühafizə xidməti tutub. İndi onun bütün yerlərdə şəxsi müşayiəti olacaq.
Yamalın atası avqustda hücum zamanı yaralanmışdı. O, bıçaqlanmışdı, lakin tezliklə sağalaraq, xəstəxanadan buraxılıb.
“Barselona” bu gün İspaniya çempionatında səfərdə “Jirona” ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin