“Barselona” Yamalı satmağa məcbur qala bilər
“Barselona”nın vingeri Lamin Yamal mövsümün kəşflərindən oldu. 16 yaşlı futbolçu yüksək səviyyəli futbol nümayiş etdirir. O, artıq “Barselona”nın əsas komandasında 51 oyun keçirib, 7 qol vurub və 10 məhsuldar ötürmə verib. Təbii ki, İspaniya klubu Yamalı öz sıralarında saxlamaq istəyir.
Komanda.az “TodoFichajes” portalına istinadən xəbər verir ki, Kataloniya klubu Yamalın transferini də istisna etmir. Bunun isə yalnız bir səbəbi var: klubun maddi vəziyyətinin pis olması. Yamalın satılması “Barsa”nı iqtisadi cəhətdən ciddi şəkildə gücləndirə bilər.
Əvvəllər PSJ Yamal üçün 200 milyon avro təklif etmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin