![](https://komanda.az/wp-content/uploads/2023/09/camal-musiala.jpeg)
“Barselona” yalnız bir yarımmüdafiəçi ilə maraqlanır
Yarımmüdafiə xəttini gücləndirmək “Barselona”nın transfer bazarında prioritetlərindən biri deyil.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu müxtəlif mövqelərdə olan oyunçularla maraqlanır, lakin yaxın gələcəkdə yarımmüdafiəçilərin transferlərinə ciddi investisiyalar gözlənilmir. “Barselona” komandanın yarımmüdafiəsinin yaxşı təchiz olunduğuna inanır. Bu səbəbdən, heyəti əhəmiyyətli dərəcədə gücləndirə bilən yalnız bir yarımmüdafiəçi var. Söhbət “Bayern”in futbolçusu Camal Musialdan gedir.
21 yaşlı yarımmüdafiəçinin tezliklə Münhen klubu ilə müqaviləsini uzadacağı gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin