“Barselona” Xavini yeni baş məşqçi kimi təqdim etdi
İspaniyanın “Barselona” klubu yeni baş məşqçisi Xavi Ernandesi təqdim edib.
Komanda.az Kataloniya təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, təqdimat “Kamp Nou” stadionunda baş tutub.
41 yaşlı mütəxəssislə 2024-cü ilin yayınadək müqavilə imzalanıb.
2015-2019-cu illərdə Qətər “Əl-Sədd”ində oynayan keçmiş yarımmüdafiəçi 2019-cu ildə bu komandaya baş məşqçi təyin olunmuşdu. Onun bu klubla 2023-cü ilə qədər müqaviləsi olsa da, “Barselona” 5 milyon avro təzminat ödəməklə sabiq oyunçusunu baş məşqçi postuna gətirdi.
Xavi təqdimat mərasimində bunları söyləyib: “Bu, bir röyanın gerçək olmasıdır. 2015-ci ildən buraya dönməyi xəyal edirdim. Artıq bu, xəyal deyil. Çox çalışmağımız lazımdır. Dərhal işə başlamaq istəyirəm. “Barselona” mənim evim olsa da, hansı məsuliyyətin altına girdiyimin fərqindəyəm. Çətin bir dövrdə gəldim, amma buna hazıram. Bu mənada ən böyük üstünlüyüm bu klubu yaxından tanımağımdır. “Barselona”nın çemponluqlar uğrunda mübarizə aparması üçün hamımız bir hədəf uğrunda birləşməliyik”.
Bizi Facebook-da izləyin