Xavi ilə yeni müqavilə imzalanacaq
“Barselona” baş məşqçisi Xavi ilə müqavilə müddətini uzadacaq.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, tərəflər arasında yeni müqavilə 2026-cı ilə qədər nəzərdə tutulub.
42 yaşlı Xavi 1995-2015-ci illərdə “Barselona”nın futbolçusu olub. O, 2021-ci ilin noyabrından “Barselona”ya rəhbərlik edir. Xavi bundan əvvəl Qətərin “Əl-Sədd” komandasını çalışdırıb.
İspaniyalı mütəxəssisin klubla hazırkı müqaviləsi 2024-cü ilin yayında başa çatır. “Barsa” ötən mövsüm onun rəhbərliyi altında İspaniya çempionu olub və ölkə superkubokunu qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin