“Xavi müqavilənin uzadılmasına layiqdir” – “Barselona” rəsmisi

“Barselona”nın idman direktoru Deku komandanın baş məşqçisi Xavi ilə yaxın vaxtlarda yeni müqavilə imzalanacağını bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Deku klubun Xaviyə güvəndiyini söyləyib:

“Xavi ilə yeni müqavilə imzalanacaq. O, müqavilənin uzadılmasına layiqdir. Müqavilə nə vaxta qədər nəzərdə tutulacaq? Tezliklə öyrənəcəksiz. Amma biz Xaviyə həqiqətən güvənirik”.

43 yaşlı mütəxəssis 2021-ci ilin noyabrından “Barselona”ya rəhbərlik edir. Onun rəhbərliyi altında kataloniyalılar 2022/23 mövsümündə İspaniya çempionu olublar və ölkə superkubokunu qazanıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button