“Barselona” və “Atletiko” Felikslə bağlı razılığa gəlib
“Atletiko”nun hücumçusu Joao Feliks “Barselona”ya keçməyə yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçunun transferi geri qaytarılma imkanı ilə, icarə əsasında həyata keçiriləcək. Hər iki klubun rəhbərliyi müqavilənin detalları ilə bağlı razılığa gəlib. “Barselona”nın baş məşqçisi Xavi Feliksin birdəfəlik transferində maraqlı deyil.
Avqustun 14-də məlumat yayılmışdı ki, “Barselona” hücumçusu Ansu Fatini Felikslə mübadilə etmək istəyir. Amma “Atletiko” oyunçunun gedişini yalnız əlavə ödənişli mübadilə və ya birbaşa alış yolu ilə həyata keçirmək niyyətindədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin