“Barselona” ukraynalılara kömək edəcək

“Barselona” klubunun prezidenti Xuan Laporta Ukraynaya dəstək olacaqlarını bildirib.

Komanda.az xəbər verir ki, bu barədə klubun sosial media hesablarında paylaşım edilib. Laporda video vasitəsi ilə “Barselona”nın İspaniyaya gələn ukraynalılara kömək edəcəyini bildirib:

“Barselona” adından bütün ukraynalılara dəstəyimizi və həmrəyliyimizi nümayiş etdirmək istəyirəm. Ukraynaya səfər etmək fürsətimiz olanda klubumuzun azarkeşlərinin böyük dəstəyini görürdük. Kiyevdəki rəsmi fan-klubumuzun çoxlu üzvü var. Onlar “Barselona”nın dəyərlərini təmsil edir. Cəmiyyətimizdə klubun tarixini genişləndirməyə kömək edən çoxlu ukraynalı idmançılar da var. Onlar və ədalətsiz müharibənin dəhşətindən əziyyət çəkən bütün insanlar bilirlər ki, biz sizinləyik. Ölkəmizdən sığınacaq istəməyə gələn ukraynalılara kömək edəcəyik. Ukraynalılar, “Barselona” sizinlədir. Müharibə dayansın”.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button