“Barselona” türk hücumçunu heyətinə qatmaq istəyir

“Yuventus”un hücumçusu Kənan Yıldız karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona” türk hücumçunu heyətinə qatmaq istəyir.

Turin klubunun rəhbərliyi də öz növbəsində 19 yaşlı futbolçunun transferindən 50 milyon avro qazanmağı gözləyir. Onun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin iyununun sonuna kimidir. O, 2023-cü ilin noyabrından Turin komandasında çıxış edir.

Kənan Yıldız İtaliya çempionatının cari mövsümündə 29 matçda iştirak edib, 5 qol vurub və 2 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button