“Barselona” 18 yaşlı hücumçu üçün danışıqlara başladı
“Barselona” “Sevilya”nın gənc futbolçusu Dieqo Talaveronu transfer etmək istəyir.
Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb. Xəbərdə, Kataloniya təmsilçisinin 18 yaşlı hücumçu üçün “Sevilya” ilə danışıqlara başladığı bildirilir.
Talaveronu La Liqanın bir neçə klubuyla yanaşı, Premyer Liqa təmsilçiləri də izləyir.
Hücumçu bu mövsüm “Sevilya”nın B komandasıyla 22 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin