“Barselona” Reşfordu itirdi

“Barselona”nın futbolçusu Markus Reşford zədələnib.

Komanda.az xəbər verir ki, 27 yaşlı hücumçu “Sevilya”ya uduzduqları (1:4) La Liqanın 8-ci turunun oyununda sıradan çıxıb.

İngiltərəli forvard matçın sonlarında zədə alıb. Onun durumu haqda hələlik açıqlama verilməyib.

Reşford bu mövsüm “Barselona”da 10 oyuna 3 qol vurub, 5 qol ötürməsi edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button