Xavi “Barselona” rəhbərliyini əsəbiləşdirib
“Barselona”nın baş məşqçisi Xavi PSJ-nin forvardı Neymarın İspaniya klubuna mümkün qayıdışı ilə bağlı danışıb.
Komanda.az “Marca” nəşrinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis klub daxilində gedən proseslərin heç birinin ondan asılı olmadığını bildirib:
“Klubda gedən proseslərin heç biri məndən asılı deyil. 2022-ci ilin yay transfer pəncərəsində başqa klubda çıxış edən futbolçunun keçidi ilə bağlı adını çəkmişdim, rəhbərlik mənə bərk əsəbiləşmişdi. Transfer pəncərəsi bağlanana qədər nələrin baş verəcəyini görəcəyik”.
Neymar 2017-ci ildə 222 milyon avroya “Barselona”dan PSJ-yə keçmişdi. Bu müddətdə o, 173 oyuna çıxıb, 118 qol vurub və 77 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin