“Barselona” rəsmisindən Neymarla bağlı açıqlama: “Bu, mümkünsüzdür”
“Barselona”nın prezidentinin müşaviri Karles Reksaç PSJ-nin futbolçusu Neymarın komandaya mümkün qayıdışı ilə bağlı açıqlama verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, klub rəsmisi, Neymarın transferinin mümkünsüz olduğunu bildirib:
“Mövcud vəziyyəti təhlil edərək, onun komandaya qayıtmayacağını düşünürəm. Bu, mümkünsüzdür. O, “Barselona”nın onun üçün hansı rolu oynadığını anladı. Neymar bizim komandada bir qol vuranda, səsi bütün dünyaya yayılırdı. İndi isə PSJ-də daha az nəzərə çarpır”.
2013-2017-ci illərdə “Barselona”nın şərəfini qoruyan Neymarın Kataloniya klubuna qayıtmaq istədiyi bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin