“Barselona”nın Adil arzusu

“Barselona” PSJ-nin futbolçusu Adil Auşişi transfer etmək istəyir.

Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb. Xəbərdə, Kataloniya təmsilçisinin mövsümün sonunda 17 yaşlı yarımmüdafiəçini heyətinə qatmağı planlaşdırdığı bildirilir.

Bu mövsüm PSJ-nin əsas komandasında debüt edən Auşiş, Liqa 1-də bir oyun keçirib. Yarımmüdafiəçinin Paris təmsilçisiylə müqaviləsi 2020-ci ilin yayında bitdiyi üçün “Barselona” onu pulsuz transfer etmək istəyir.

PSJ-nin yetirməsi olan Adil, 18 yaşadək futbolçulardan ibarət Fransa millisinin də üzvüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button