Məhkəmə qərar verdi, “Barselona” bəyanat yaydı
“Barselona”nın mətbuat xidməti “Neqreyra işi” ilə bağlı məhkəmənin kluba qarşı ittihamların ləğvi ilə əlaqədar qərarını şərh edib.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb:
“Biz Barselona məhkəməsinin bu gün çıxardığı qərardan məmnunluğumuzu ifadə edirik. Çünki bu, klubun müdafiə etdiyi yanaşmanı təsdiqləyir və iddia edilən rüşvət cinayəti ilə bağlı fərziyyəni rədd edir. Biz əminik ki, məhkəmə yolu ilə nəhayət, şikayət predmeti olan faktlara aydınlıq gətirmək və klubun mütləq günahsızlığını sübut etmək mümkündür”.
Xatırladaq ki, Barselona məhkəməsi Kataloniya klubunun Hakimlərin Texniki Komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Henriques Neqreyraya 2001-2018-ci illər arasında 7,5 milyon avrodan çox pul ödəməsini (rüşvət iddiasını) araşdırıb.
Bizi Facebook-da izləyin