“Barselona” müdafiəçisini geri qaytara bilər
“Barselona”nın müdafiəçisi Samuel Umtiti icarə əsasında çıxış etdiyi “Lecce”dən Kataloniya klubuna qayıda bilər.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, kataloniyalılar fransalı futbolçuya ikinci şans verməyə hazırdırlar. Onlar eyni zamanda, İniqo Martines və Evan Ndik kimi müdafiəçilərin transferini də nəzərdən keçirirlər.
Umtiti bu mövsüm İtaliya A Seriyasında 12 oyun keçirib, qol vurmayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin