“Barselona” MS ilə oynayacaq, əldə olunan pul…

Avqustun 24-də keçiriləcək “Barselona” və “Mançester Siti” arasındakı yoldaşlıq oyunu hazırda müalicəsi olmayan degenerativ xəstəlik olan yanal amiotrofik sklerozdan əziyyət çəkən insanlarla həmrəylik şüarı altında baş tutacaq.

Komanda.az xəbər verir ki, bu barədə “Barselona”nın rəsmi saytı məlumat yayıb. Matçın səfiri “Barselona”nın keçmiş qapıçısı və analoji xəstəlikdən əziyyət çəkən məşqçi Xuan Karlos Unsue olacaq.

Qarşılaşma avqustun 24-də, Barselonada keçiriləcək. Satışdan əldə olunan gəlirin hamısı “Luzon Fondu”na gedəcək. Bu fond ALS xəstələrinə dəstək məqsədi daşıyır.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button