“Barselona” onun üçün danışıqlara başladı

“Barselona” “Mançester Yunayted”in futbolçusu Markus Reşfordu transfer etmək niyyətindədir.

Komanda.az xəbər verir ki, bu barədə “sport.es” saytı məlumat yayıb. Xəbərdə, artıq tərəflərin Reşfordun keçidi üçün danışıqlara başladığı bildirilib.

Kataloniya təmsilçisinin məşqçilər heyəti Reşfordun hücumun həm mərkəzində, həm də cinahlarda oynaya bildiyi üçün “Barselona”ya tez bir zamanda uyğunlaşacağını düşünür.

İngiltərə millisinin də formasını geyinən Reşfordun “qırmızı şeytanlar”la 2020-ci ilin yayına qədər müqaviləsi var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button