“Belə davranış nə ona, nə də “Barselona”ya fayda verir”
“Barselona” klubunun prezidenti Xuan Laporta açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Laporta, komandanın vingeri Osman Dembele haqda danışıb:
“Dembeleyə yaxşı şərtlərlə yeni müqavilə təklif etdik. Rədd etdi və daha çoxunu istədi. Danışıqlar bir yerdə tıxandı. Biz əlimizdən gələn hər şeyi etdik.
Dembele digər klublardan çox yaxşı təkliflər aldı. Bu təklifləri rədd etməsinə təəccübləndik. Son təklif İngiltərədən gəldi, rədd etdi və mövsümün sonuna qədər “Barselona”da qalmağı seçdi. Belə davranış nə ona, nə də “Barselona”ya fayda verir. Onu başa düşə bilmirik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin