“Barselona”da Fati şoku
“Barselona” klubu ciddi itkiylə üzləşib.
Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisinin futbolçusu Ansu Fati sıradan çıxıb. Bu barədə AS nəşri məlumat yayıb.
Fati La Liqanın 12-ci turunun “Selta” ilə səfər matçında zədələnib. 18 yaşlı hücumçu azı bir ay yaşıl meydanlardan uzaq qala bilər.
“Selta” – “Barselona” matçı 3:3 hesabıyla bitib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin