“Barselona” Fatini itirdi

“Barselona” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisinin hücumçusu Ansu Fati sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fati İspaniya kubokunun 1/8 final mərhələsində “Atletik”lə görüşdə (2:3) zədələnib. Qarşılaşmanın 61-ci dəqiqəsində meydana daxil olan 20 yaşlı hücumçu 35 dəqiqə sonra sol ayağından xəsarət alaraq əvəzlənib.

Fatinin durumu tibbi müayinədən sonra müəyyənləşəcək.

2020-ci ilin noyabrında dizindən zədə alan Ansu Fati ötən ilin sentyabrına qədər yaşıl meydanlardan uzaq qalmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button