Adını “Barselona”nın tarixinə yazdırdı
“Barselona” İspaniya La Liqasının 2-ci turunda “Betis”i məğlub edib.
Komanda.az xəbər verir ki, 5:2 hesabıyla bitən görüşdə “Barselona”nın oyunçusu Ansu Fati debüt edib. Oyunun 78-ci dəqiqəsində Karles Peresi əvəzləyən Fati, Kataloniya təmsilçisinin tarixində La Liqada forma geyinən ən gənc ikinci futbolçu olub. Bu barədə klubun rəsmi “tvitter” hesabı məlumat yayıb.
Fati, 16 yaş 300 günlüyündə “Barselona” ilə ilk La Liqa oyununa çıxıb. Bundan əvvəl Kataloniya təmsilçisinin ən gənc debütantı Visente Martines idi. O, 1941/42 mövsümündə ilk çempionat oyununa çıxan zaman 16 yaş 298 günlük olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin