“Barselona” imtina etdi, “İnter” istəyir

Fransanın PSJ klubundan ayrıldığını açıqlayan Dani Alveş karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “İnter”in yeni baş məşqçisi Antonio Konte, braziliyalı futbolçunun transferini rəhbərlikdən tələb edib. “Neradzurra”nın tezliklə Alveş üçün hərəkətə keçəcəyi və “sambaçı”ya rəsmi təklif göndərəcəyi bildirilir.

36 yaşlı futbolçu “Barselona”da oynamaq istəsə də, Kataloniya klubu gələcək planlarında müdafiəçiyə yer olmadığını bildirərək, bu transferdən imtina etmişdi.

2017-ci ildən Paris klubunun formasını geyinən Alveş, son mövsümdə iştirak etdiyi 32 matçda 3 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button