“Barselona” ilə oyunda “Lion”u dəstəkləyəcəyik – PSJ-nin futbolçusu

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində “Mançester Yunayted”ə 2:0 hesabı ilə qalib gələn PSJ-nin futbolçusu Kilian Mbappe açıqlama verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, 20 yaşlı futbolçu, Fransa futbolunun artıq daha güclü olduğunu deyib:

“Xoşbəxtik, amma nəticədən çox da məmnun deyilik. Çünki üçüncü qolu da vura bilərdik. Cavab oyununa daha yaxşı hazırlaşacağıq və turu keçəcəyik.

Növbəti həftə “Barselona” ilə oyunda “Lion”u dəstəkləyəcəyik. Fransa futbolu Avropada mümkün qədər irəliləməlidir. Qorxmamalıyıq, biz artıq daha yaxşıyıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button