“Nə olur olsun, “Barselona”ya qayıtmaq istəmişdim” – Alveş
“Barselona” ilə müqavilə imzalayan Dani Alveş açıqlama verib.
Komanda.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan braziliyalı müdafiəçi, “Barselona”ya keçidi haqda bunları deyib:
“Transfer prosesim çox maraqlı keçdi. Klubun prezidenti ilə danışdım və burda pulsuz da oynamağa hazır olduğumu bildirdim. Çox israrçı oldum. Rəhbərlik mənimlə bağlı son qərarı baş məşqçi Xavinin verəcəyini dedi.
Xavinin komandaya baş məşqçi təyin olması mənim üçün faydalı oldu. Çünki o məni yaxşı tanıyır. Mənə zəng edəndə ona hər zaman kömək etməyə hazır olduğumu dedim. Nə olur olsun, “Barselona”ya qayıtmaq istəmişdim, pul verməsələr belə”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin