“Barselona” hücumçusunu icarəyə verə bilər
“Barselona”nın hücumçusu Ansu Fati qış transfer pəncərəsində komandasını dəyişə bilər.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, Kataloniya klubu 21 yaşlı futbolçunu “Sevilya”ya icarəyə verə bilər. Əndəluslular onu almaq hüququ ilə mövsümün sonuna qədər icarəyə götürməyə hazırlaşır.
Fatinin “Barselona” ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimidir. O, ötən mövsüm “Brayton”da icarə əsasında çıxış edib, Premyer Liqada keçirdiyi 19 oyunda 2 qolla yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin