“Barselona” gələn həftə görüş keçirəcək – Messini qaytarmaq üçün
“Barselona” Lionel Messinin transferini müzakirə etmək üçün La Liqa rəhbərliyi ilə görüşəcək.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, Kataloniya klubu argentinalı futbolçunu PSJ-dən qaytarmaq üçün cəhdlər edir.
Bununla bağlı “Barselona” təmsilçiləri gələn həftə La Liqanın rəhbərliyi ilə görüşərək, Messi ilə müqavilə bağlamaq üçün məlumat alacaqlar.
Klubun direktoru Mateu Alemani başda olmaqla, kataloniyalılar gələn mövsümün maaş büdcəsini La Liqanın müəyyən etdiyi limitə qədər azaltmaqla bağlı iqtisadi plan hazırlayıblar.
“Barselona” La Liqa rəhbərliyinin Messi ilə danışıqlara icazə verməsini gözləyir. Klub əmin olmaq istəyir ki, futbolçu ilə razılıq əldə olunarsa, La Liqa rəsmiləri transferi təsdiqləyəcək.
La Liqanın rəhbəri Xavyer Tebas daha əvvəl belə bir açıqlama vermişdi:
“Messi indi “Barsa”ya qayıda bilməz, amma o, PSJ-də də olmamalıdır. Parislilər neftdən pul qazanıb, sponsorlarla fırıldaq edirlər”.
Bizi Facebook-da izləyin