“Barselona”nın təklifini bəyənmədi, əvəzedici komandaya göndərildi
“Barselona” klubu futbolçusu İlyaş Moribaya yeni müqavilə təklif edib.
Komanda.az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi klubun təklifini rədd edib. Bu barədə “Marca” nəşri məlumat yayıb. Yeni sözləşmənin maliyyə şərtlərini bəyənməyən Moriba təklifə “yox” deyib. Buna cavab olaraq klub rəhbərliyi Moribanı əvəzedici komandaya göndərib.
Moribanın “Barselona” ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir. Yarımmüdafiəçinin “transfermarkt”da dəyəri 25 milyon avrodur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin