“Barselona” Fatini La Liqa klubuna icarəyə verəcək

“Barselona”nın hücumçusu Ansu Fati “Brayton”dan icarədən qayıtdıqdan sonra Kataloniya klubunda qalmaq üçün mübarizə aparmağı düşünürdü.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, lakin ispaniyalı futbolçu komandanın baş məşqçisi Hans-Diter Flikin növbəti mövsüm üçün planlarına daxil edilməyib. Çox güman ki, o, yenidən icarəyə göndəriləcək.

Fatinin xidmətində maraqlı olan əsas klub “Sevilya”dır. “Sevilya” Fatinin maaşının 50 faizini öz üzərinə götürməyə hazırdır. Amma “Barselona” qarşı tərəfin futbolçunun maaşının 80 faizini ödəməsini istəyir. Çox güman ki, danışıqlarda daha çox bu məsələ müzakirə olunacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button