“Barselona”nın futbolçusu Çempionlar Liqasının tarixinə düşdü

“Barselona” Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda “İnter”i məğlub edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 2:1 hesabıyla bitən görüşdə Kataloniya təmsilçisinin futbolçusu Ansu Fati turnirin tarixinə keçib. Belə ki, qarşılaşmanın 86-cı dəqiqəsində fərqlənən 17 yaş 40 günlük Fati, Çempionlar Liqası tarixində qol vuran ən gənc futbolçu ünvanını qazanıb.

Əvvəlki rekord “Rusenborq”un futbolçusu Peter Ofori-Qeyeyə aid idi. O, ÇL-də fərqlənərkən 17 yaş 195 günlük idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button