“Barselona” DÇ-2022-də onu izləyəcək
“Barselona”nın baş məşqçisi Xavi “Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimarayeşlə maraqlanır.
Komanda.az “El Nacional”-a istinadən xəbər verir ki, hər şey yarımmüdafiəçinin DÇ-2022-də Braziliya millisindəki çıxışından asılı olacaq.
24 yaşlı futbolçu bu mövsüm İngiltərə klubunun heyətində 14 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun “Nyukasl”la müqaviləsi 2026-cı ilin yayında başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin