“Barselona” Flikin bəyəndiyi futbolçu ilə bağlı qərar verib
“Barselona” ötən mövsüm icarə əsasında komandada çıxış edən müdafiəçi Joao Kanselo ilə bağlı qərar verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barsa” rəhbərliyi Kanselonun icarə müddətini daha bir mövsüm uzatmağa çalışır.
Baş məşqçi Hans Diter Flik portuqaliyalı futbolçunu bəyəndiyi üçün onu heyətdə saxlamaq istəyir.
Kanselonun məxsus olduğu “Mançester Siti” ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir. Buna görə də, “şəhərlilər” bir ildən sonra 30 yaşlı futbolçunu bu transfer pəncərəsində satmaq istəyir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin