“Barselona”ya keçməsinə bir addım qalıb
“Atletiko”nun hücumçusu Joao Feliks yaxın günlərdə “Barselona”ya keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasında sövdələşmənin bağlanmasına bir addım qalıb.
Daha əvvəl 23 yaşlı portuqaliyalı futbolçunun xidmətində “Liverpul”un da maraqlı olduğu bildirilirdi.
Feliks 2022/23 mövsümünün ikinci hissəsində “Çelsi”də icarə əsasında çıxış edib. O, London klubunda 20 matçda 4 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin