“Barselona” “Atletiko”nu məhkəməyə verəcək
“Barselona” fransalı hücumçu Antuan Qrizmannla bağlı vəziyyətə görə “Atletiko”nu məhkəməyə vermək niyyətindədir.
Komanda.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Kataloniya klubu məhkəməyə hazırlaşır və 31 yaşlı fransız üçün 40 milyon avronun dərhal ödənilməsini tələb edəcək. “Barsa” hücumçunun Madrid klubunda tam hüquqlu futbolçu olduğuna inanır.
Xatırladaq ki, Qrizmann “Barselona”dan “Atletiko”ya icarəyə verilib. O, iki mövsümdə matçların 50 faizində ən azı 45 dəqiqə oynayıb. Bu səbəbdən, “Atletiko”dan onu 40 milyon avroya almaq tələb olunacaq. Amma hücumçu bu mövsüm ardıcıl 5 görüşdə 60-cı dəqiqədən sonra meydanda əvəzlənib.
“Barselona” məbləğin azaldılmasına razılaşana qədər Madrid klubu Qrizmannı 2-ci hissədə oynatmağa davam edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin