“Barselona” “Atletiko”nu ardıcıl 4 dəfə məğlub edib
“Barselona” İspaniya çempionatının 15-ci turunun matçında “Atletiko”nu 1:0 hesabı ilə məğlub edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Xavinin komandası “Atletiko” ilə qarşılaşmalarda ardıcıl 4 oyunun hamısında qalib gəlib. Son üç görüş 1:0 hesabı ilə kataloniyalıların xeyrinə başa çatıb.
Bu görüşdən sonra “Barselona” 34 xalla turnir cədvəlində üçüncü, “Atletiko” 31 xalla dördüncü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin