“Barselona” 5 milyon avro ödəyəcək – Futbolçusuna görə
“Barselona” yarımmüdafiəçisi Pedriyə görə oyunçunun sabiq klubu “Las Palmas”a 5 milyon avro ödəyəcək.
Komanda.az AS-a istinadən xəbər verir ki, buna səbəb 21 yaşlı futbolçunun Kataloniya təmsilçisində 100-cü oyununa çıxmasıdır.
Beləliklə, transfer bonusları ilə bağlı “Las Palmas”la müqavilənin sonuncu bəndi aktivləşib. Çünki həmin müqavilədə futbolçu 100 oyuna çatacağı təqdirdə 5 milyon avro ödənilməsi ilə bağlı bənd yer alıb.
Pedri 2020-ci ilin yayında 5 milyon avroya “Las Palmas”dan “Barselona”ya keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin